21/04/2024

Ekspert Azərbaycan və Ermənistan ziyalıları səviyyəsində əlaqələrin effektivliyinə şübhə edir

2 min read

http://interfax.az/view/534375/az

28.02.2012

Azərbaycan və Ermənistan ziyalılarından ibarət nümayəndələrin görüşləri problemin həllində status-kvonun saxlanılması bəzi dövlətlərə sərfəli olduğundan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyəcək. AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov belə hesab edir. “Bu gün vətəndaş cəmiyyətinin nümayəndələri səviyyəsində bu cür əlaqələrin imkanları effektiv və aktual deyil. Əgər 30-40 il öncə ziyalılar səviyyəsində görüşlər oxşar problemlərin həllində hər hansı bir rol oynaya bilirdisə, hazırda bu imkan sıfıra bərabərdir”, – deyə o “İnterfaks-Azərbaycan” agentliyinə bu günlərdə Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiya ziyalılarının iştirakı ilə görüşü şərh edərək bildirib. V.Əlibəyovun fikrincə, “əgər bu güclü dövlətlərin maraqlarına cavab vermirsə ictimaiyyətin heç bir səfəri, heç bir ictimai güc vəziyyəti dəyişə bilməz”. “Dağlıq Qarabağ münaqişəsi, daha dəqiq desək, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı və bu siyasətin davamı hazırda bir çox dövlətlərin maraqlarına cavab verir. Bu nöqteyi-nəzərdən düşünmürəm ki, Azərbaycan və Ermənistan ziyalılarının görüşləri hazırki vəziyyətə təsir edə bilər”, – deyə ekspert yekunlaşdırıb.

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir