18/10/2024

Deputatlığa namizədlər bunları əsla etməməli – Qadağandır!

3 min read

Azərbaycanda Milli Məclisə seçkilərə 4 gün qaldı. Deputatlığa namizədliyi təsdiqlənmiş şəxslər təbliğat-təşviqat prosesini davam etdirir. Bu çərçivədə namizədlər seçicilərlə görüşür, vədlərini, üzərinə götürdükləri öhdəlikləri səsləndirirlər.

Ötən gün Real TV-nin rəhbəri Mirşahin Ağayev sözügedən proseslə bağlı paylaşım edərək, namizədlərin təşviqat kampaniyası zamanı seçicilərə yalan vədlər verdiyini yazıb:

“Onların seçicilərə verdiyi vədlər, üzərlərinə götürdüyü öhdəliklər deputatın səlahiyyətinə qətiyyən aid deyil. Qarşıda hələ ki bir neçə gün var. Ona görə də daha vaxt itirmək olmaz. Mövzunu dəyişmək, deputatın funksiyalarına uyğun çıxış etmək lazımdır”.

Maraqlıdır, deputatlığa namizədlər seçilərlə görüşdə, təşviqat dövründə hansı vədləri verə bilməzlər?

Mövzu ilə bağlı Globalinfo.az-ın sorğusuna cavab olaraq MSK Katibliyinin Media və kommunikasiya şöbəsinin böyük məsləhətçisi Rüstəm Babayev bu məsələnin Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 88-ci maddəsi ilə tənzimləndiyini deyib.

Rüstəm Babayev

Seçki texnoloqu Vəli Əlibəyov isə məsələyə belə yanaşıb:

“Bildiyiniz kimi, Azərbaycanda 125 seçki dairəsi var və hərəsindən azı 5-6 namizəd qeydə alınıb. Ümumi olaraq namizədlərin sayı 1000-dən çoxdur. Belə olan halda, ümumiləşdirib bütün namizədlərin verdiyi vədlərin, üzərilərinə götürdüyü öhdəliklərin deputat səlahiyyəti xaricindədir demək yumşaq desək qeyri-korrektdir. Bir mütəxəssis olaraq, mən də namizədlərin seçkiqabağı təşviğat kampaniyalarını izləyirəm və əminliklə deyə bilərəm ki, aralarında deputatların səlahiyyət və vəzifələrini bilən şəxslər az deyil.

Vəli Əlibəyov

O ki qaldı, namizədlər hansı vədləri verə bilməzlər sualına, onlar infrastruktur – yolların çəkilməsi, qaz, su xətlərinin, məktəblərin, xəstəxanaların inşası və s. bu qəbildən olan vədləri qeyd edə bilərik. Deputatlar bu məsələlərin həllində biznes strukturlarla, dövlətlə seçiciləri arasında körpü rolunu oynayıb bu problemlərin həllinə öz töhfəsini verə bilərlər. Amma onların əsas vəzifəsi seçicilərinin həyat və güzaranını yaxşılaşdıran qanunları qəbul etməkdir”.

Safura Bənnayeva

https://globalinfo.az/deputatliga-namizedler-bunlari-esla-etmemeli-qadagandir

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir