19/10/2024

Barəmizdə

Siyasi Texnologiyalar Mərkəzi 1999-cu ilin may ayında təsis edilən, noyabr ayında Dövlət qeydiyyatına alınan Qeyri Hökumət Təşkilatıdır. Mərkəzin əsas məqsədi Azərbaycan cəmiyyəti qarşısında duran problemlərin elmi həlli yollarını tapmaqdır.

Mərkəz ölkədə demokratik dəyərlərin bərqərar olunmasını cəmiyyətin inkişafında, insan haqlarının qorunmasında, həmçinin ölkənin təbii, maddi və intellektual resurslarından hər bir vətəndaşın rifahı naminə istifadə edilməsi üçün ən optimal şərait hesab edir. Buna nail olmanın əsas şərti isə ölkədə demokratik seçki ənənəsinin formalaşmasıdır. STM Azərbaycanda seçki texnologiyalarından istifadə edən ilk təşkilat olub hazırda da bu sahədə lider mövqeyindədir. STM öz fəaliyyətində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü prinsiplərinə arxalanır və bunların əksinə yönələn heç bir fəaliyyətə qoşulmur və dəstəkləmir.

STM-in əsas fəaliyyət istiqamətləri:

Seçki texnologiyaların tədqiqi və tədbiqi;

Siyasi partiyalar sisteminin inkişafına dəstək;

Münaqişələrin proqnozlaşdırılması, profilaktikası və həlli;

Vətəndaş cəmiyyəti və insan haqları;

Sosial-siyasi tədqiqatlar və proqnozlaşdırma;

İqtisadi araşdırmalar və modelləşdirmə;

İctimaiyyətlə əlaqələr (Public Relations), ictimai rəyin öyrənilməsi;

Kütləvi İnformasiya Vasitələri, Elmin inkişafına yardım və s.