09/05/2024

Layihələrimiz

LayihəDonor/SifarişçiTarixMövzuTəsvirQeyd
“Mənim yaşıl ölkəm”Norveç Krallığının Bakıdakı səfirliyi2001-2002Ekoloji1 il ərzində Mərkəzin nəzdində formalaşdırılan jurnalistlər qrupu Azərbaycanın bölgələrinə səfər edərək ordakı ekoloji vəziyyətlə tanış olmuş, problemləri araşdırmış və bu barədə araşdırma yazılar hazırlamışdılar. Həmən yazılar ölkənin tanınan KİV-ləri “525-ci qəzet” və “Ekspress” qəzetlərində çap edilərək problemlərə ictimaiyyətin diqqətinə çəkə bilmişdi.
“İcmamızı tanıyaq, İcmamızı tanıdaq!”Dünya Bankı, Avrasiya Fondu, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu2002-2003İctimaiÖlkədə fəaliyyət göstərən bələdiyyələr üçün ictimaiyyətlə əlaqələr üzrə təlimlərin təşkili. İl ərzində ölkənin 15 rayonunun bələdiyyələri üçün “Bələdiyyələr ictimaiyyətlə əlaqələrini necə qurmalıdır” mövzusunda məşğələlər keçirilmiş, bələdiyyələr üçün bu mövzuda aylıq “Bələdçi” qəzeti nəşr edilmiş (12 nömrə) və layihənin sonunda “İctimaiyyətlə əlaqələr. Bələdiyyələr üçün” adlı kitab çap edilmiş və bələdiyyələr arasında paylanmışdır.
Parlament seçkilərinə həsr olunmuş dəyirmi masaların təşkiliMilli Demokratiya İnstitutu (ABŞ)2004-2005İctimaiÖlkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, politoloqlar və seçki ekspertlərinin iştirakı ilə 2005-ci ildə keçiriləcək parlament seçkiləri, seçki qanunverciliyi, seçki mühiti, iqtidar-müxalifət dialoqu, partiyaların maliyyələşdirilməsi və s. bu kimi mövzulara həsr olunmuş silsilə dəyirmi masalar təşkil edilmiş, mətbuatda geniş işıqlandırılmışdı.
Avropaya İnteqrasiya üzrə beynəlxalq konfransın keçirilməsi və beynəlxalq QHT şəbəkəsinin yaradılmasıAçıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Şərq-Şərq proqramı2006İctimaiAzərbaycan və 12 xarici ölkələrin QHT nümayəndələrinin iştirakı beynəlxalq konfrans keçirilmiş, QHT-lərin Avrointeqrasiya şəbəkəsi yaradılmışdı.
“Adını tanıt – Adınla tanın!”Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası2008İctimai5 QHT təmsilçisinin iştirakı ilə ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirilmiş, “İctimaiyyətlə Əlaqələr. QHT-lər üçün” adlı metodik vəsait hazırlanıb çap edilmişdir.
“Vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılmasına dəstək”Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası2013İctimaiLayihə çərçivəsində müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iki günlük təlim keçirilmişdir.
Keçirilən təlimlərdə Ədliyyə Nazirliyi Penitensiar Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bir sıra nazirliklərin,eləcə də Nərimanov, Nizami, Sabunçu və digər rayon İH-lərin əməkdaşları cəlb edilmişdilər.
“Dövlət ali təhsil məktəblərində korrupsiya hallarının araşdırılması”Azərbaycan Respublikasının Təhsil Nazirliyi2017SorğuQış sessiya zamanı dövlət ali təhsil məktəblərində tələbələr arasında anonim ekspress sorğu keçirilmiş, təhsil aldıqları ali təhsil müəssisələrində rüşvət və korrupsiya hallarının səviyyəsinə dair suallar araşdırılmış, sorğunun nəticələri Nazirliyin rəhbərliyinə təqdim edilmişdi.
“Hamı işini görsün!”Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi2022İctimaiQHT-lərin media ilə əlaqələri və sosial mediadan istifadə zamanı qarşılaşdıqları problemlər araşdırıldı, QHT-lər və media mənsubları arasında sorğular keçirildi, QHT-lərin son 3 il ərzində mətbuat və sosial media ilə münasibətlərinin monitorinqi həyata keçirildi, zəif və güclü tərəfləri müəyyənləşdirildi. Layihəsi çərçivəsində “QHT-lərin KİV və sosial şəbəkələrdə işləmək bacarıqlarının artırılması” adlı kitab nəşr olundu.
“Regionlarda yerli hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələrinin səmərələşdirilməsi”Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi2022İctimaiAzərbaycanın 12 rayon mərkəzində dövlət qurumlarının əməkdaşları üçün ictimaiyyətlə əlaqələrin qurulması, vətəndaş məmnunluğunun gözlənilməsi, səmərəli ünsiyyət alətləri və s. mövzuları əhatə edəcək təlimlər keçirildi, təlimat və buklet nəşr edildi.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları üçün Səmərəli Kommunikasiyanın qurulmasına dair təlimlərin keçirilməsiAzərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi2022Təlim

“Diaspora Akademiyası” layihəsiAzərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi2023-2024TəlimAzərbaycanın diaspora nümayəndələri üçün diaspora fəaliyyətinin səmərələşdirilməsinə yönəlmiş təlimlərin keçirilməsi
“Mərkəzi İcra hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələr işinin səmərələşdirilməsi”Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi2024Layihənin əsas məqsədi Mərkəzi İcra hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələr işinin səmərələşdirilməsinə yardım etməklə “məmur – vətəndaş” və “dövlət qurumu – vətəndaş” arasında qarşılıqlı anlaşma və xoş münasibətlərin formalaşmasına yardım etməkdir.