27/05/2024

“Deyirlər ki, diaspor fəaliyyət göstərmir”- Vəli Əlibəyov

3 min read

“Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatları ilə bağlı çoxşaxəli işlər həyata keçirir. Onlardan da biri diaspor nümayəndələrinə fəaliyyətlərinin səmərələliliyinin artırılması ilə bağlı biliklər verməkdir”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov bildirdi.

Onun sözlərinə görə, Azərbaycan diaspor təşkilatlarında təmsil olunan soydaşlarımız müxtəlif ixtisas və peşə sahibləridir:

“Hər biri bu işə bir mənəvi borc kimi yanaşır, ölkəmiz üçün əllərindən gələni etməyə çalışırlar. Onların əsas iş yerləri var, boş vaxtlarını diaspora fəaliyyətinə yönəldirlər. Komitə də onlara bu işdə əlindən gələn köməyi əsirgəmir. Lakin, müasir çağırışlar diaspor təşkilatlarımızın fəaliyyətlərini daha peşəkar səviyyədə qurmasını tələb edir, bunun üçün isə, əlbəttə, müəyyən bilik və bacarıqların olması əsas şərtdir. “Diaspora akademiyası” layihəsi də diaspor fəaliyyətinin səmərəliliyinin artırılmasına yönələn bir layihədir. Azərbaycanda oturub diaspora nümayəndələrimizi tənqid etmək asandır – biri deyir xarici media ilə əlaqələrimiz zəifdir, başqa birisi deyir ki, lobbiçilik işimiz zəifdir, diaspora fəaliyyət göstərmir. Xarici media və əsl lobbiçilik fəaliyyətindən xəbəri olan kimsə belə iddialar ortaya qoymaz. Çünki həm media ilə əlaqələr, həm də lobbiçilik fəaliyyəti professional hazırlıq və geniş maliyyə resursları tələb edən sahədir”.

Xaricdə lobbiçilik xidmətləri təklif edən professional lobbistlərdən ibarət nəhəng şirkətlər fəaliyyət göstərir…

V.Əlibəyov vurğuladı ki, xaricdə lobbiçilik xidmətləri təklif edən professional lobbistlərdən ibarət nəhəng şirkətlər fəaliyyət göstərir:

“Müxtəlif ixtisas və peşə sahiblərindən ibarət, başqa iş yerləri olduğu halda boş vaxtlarını diaspora fəaliyyətinə təmannasız həsr edən diaspora nümayəndələrimizin professional lobbistlərlə yarışmasını və onlardan böyük uğurlar gözləntisi gülməli görünür. Buna baxmayaraq, bizim diaspora təşkilatları həm 44 günlük Vətən müharibəsi dövründə, həm də ondan sonrakı mərhələlərdə əllərində olan resurslardan istifadə edərək ölkəmizə çox dəstək oldular. Bu təlimlər vasitəsilə biz onlara öz fəaliyyətlərini daha da gücləndirməyə kömək etməyə çalışırıq. Layihənin davam etdirilməsi planlaşdırılır və yaxın il, hətta aylar ərzində diaspora təşkilatlarımızın fəaliyyətində nəzərəçarpacaq keyfiyyət dəyişiklikləri görə biləcəyik. Bu layihənin nəticəsinə gəldikdə, iştirakçılar yeni biliklər almağa və işlərini təkmilləşdirməyə çox həvəslidirlər. Onu vurğulayım ki, yaxın gələcəkdə təlim prosesinə Avropanın aparıcı ekspertlərinin də cəlb edilməsi planlaşdırılır”.

Bəxtiyar Məmmədli

https://www.diaspora.tv/az/deyirler-ki-diaspora-fealiyyet-gostermir-veli-elibeyov?fbclid=IwZXh0bgNhZW0CMTEAAR2m8AKPSblNL5lUad5d-QQFidmA-mJ8oGf_kqInUJJ4zmSGkHbpYmBt6wk_aem_Aela4Ejx_hzmywaekeymU8-BC51uZC4WlMwBSm1h0CAwJrccIHgv5FKHt3YuP9JKZoSCVlbr5kEALihbgXq8txy2

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir