27/05/2024

Rusiyanın dondurulan aktivləri: Moskva Qərbi narahat edəcək hansı addımları atacaq? – AÇIQLAMA

1 min read

“Əslində, hərbi münaqişə başladıqdan sonra dondurulan Rusiya aktivlərinin Ukraynanın bərpasına işlənəcəyi ilə bağlı məlumatlar var idi”

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də dondurulan Rusiya səhmlərinin Ukraynaya yardım kimi ayrılmasına Kremlin verəcəyi cavab addımlarından danışan politoloq Vəli Əlibəyov deyib.


Onun sözlərinə görə, bu, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Rusiyaya qarşı qoyulan sanksiyalar fonunda ABŞ-nin verdiyi qərarlardan biridir:

“Əslində, hərbi münaqişə başladıqdan sonra dondurulan Rusiya aktivlərinin Ukraynanın bərpasına işlənəcəyi ilə bağlı məlumatlar var idi. Lakin bu kontkestə verilən bəyanatlar hazırda real addımlara çevrilib. Rusiya isə hələ sanskiyalar başladığı dövrdən adekvat cavabın veriləcəyini söyləyirdi. Ancaq nəzərə almaq lazımdır ki, indiki şəraitdə Kremlin Qərbə qarşı atacağı cavab addımları məhduddur. Çünki Rusiyada xarici, xüsusilə Qərb səhmləri çox azdır. Bu səbəbdən Kremlin bəyanatları blef sayıla bilər. Bir sözlə, Rusiya Qərbi narahat edə biləcək hər hansı addım ata bilməz”.

Nəsimi Ələsgərli

www.yenicag.az

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir