19/10/2024

“…Azərbaycan sərhədləri çərçivəsində qayda-qanun yaratmaqda israrlıdır”

2 min read

STM prezidenti Vəli Əlibəyovun AXC Tv-nin efirindəki müzakirədə səsləndirdiyi tezislər:

– Azərbaycanla Ermənistan arasında sülhün olması regionun çiçəklənməsi, buradakı dövlətlərin güclənməsi, və müstəqil hərəkət imkanlarını artıracaq. Bu da regionda marağı olan bir çox dövlətlərə sərf etmir. Çünki, belə olan halda hər iki dövlətə təsir mexanizmləri itir;

– Nə Ermənistan, nə də Rusiya ağıllarına belə gətirməzdilər ki, Azərbaycan Rusiya “sülhməramlı” qoşunlarının müvəqqəti nəzarət etdiyi ərazilərdə əməliyyat keçirsin. Bu əməliyyat həm Rusiyaya, həm Ermənistana və onun havadarlarına göndərilən bir mesaj idi: Azərbaycanın səbri sonsuz deyil və Rusiya “sülhməramlıları”öz vəzifələrini yerinə yetirmədiyi təqdirdə Azərbaycan sərhədləri çərçivəsində qayda-qanun yaratmaqda israrlıdır;

– Dövlətimizin və müvafiq qurumların kommunikasiyası müasir kommunikasiya əsrinin tələblərinə uyğunlaşdırılmalı, daha çevik və operativ olmalıdır. Baş vermiş hadisə barədə hamıdan tez biz informasiya yaymalıyıq. İnformasiya bizim versiyamızı təsdiqləyən foto və videogörüntülərlə təmin olunmalıdır. Hazırlanan məlumatın bürokratik mərhələlərdən keçərək 20 nəfərin yoxlaması, sonra da “rəhbərin də bir baxması”adətindən əl çəkməliyik;

– Dünyanın aparıcı media kanalları ilə işi qurmaq vaxtı çoxdan çatıb. Qapılarımız Azərbaycana gəlib reportaj hazırlamaq istəyən hər kəs üçün (“qara siyahı”ya düşənlər istisna) açıq olmalıdır. Yerli media üçün də müəyyən şərtlər nəzərə alınmaqla hərəkət və fəaliyyət azadlığı təmin olunmalıdır…

https://www.youtube.com/live/WksCRvveJJI?feature=share

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir