STM İsmayıllıda təlim keçirdi
Siyasi Texnologiyalar Mərkəzi (STM) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Regionlarda yerli hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələrinin səmərələşdirilməsi” layihəsi çərçivəsində növbəti təlimini İsmayıllıda keçirdi.
Avqustun 17-də baş tutan təlimdə RİH-nin, həmçinin idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər. Təlimdə dövlət qurumlarının ictimaiyyətlə münasibətlərinin düzgün qurulmasının vacibliyi, onların sosial şəbəkələrdən istifadəsinin əhəmiyyəti və yolları, dövlət məmurlarının imic və nüfuzu, vətəndaşların məlumatlandırılması mexanizmləri, vətəndaş məmnunluğu və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
