10/02/2026

STM təlimlərə başladı

Siyasi Texnologiyalar Mərkəzi (STM) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Regionlarda yerli hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələrinin səmərələşdirilməsi” layihəsi çərçivəsində ilk təlimini Şamaxıda keçirdi.
Avqustun 16-da baş tutan təlimdə rayonda fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Təlimdə dövlət qurumlarının ictimaiyyətlə münasibətlərinin düzgün qurulmasının vacibliyi, onların sosial şəbəkələrdən istifadəsinin əhəmiyyəti və yolları, dövlət məmurlarının imic və nüfuzu, vətəndaşların məlumatlandırılması mexanizmləri, vətəndaş məmnunluğu və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Təlim iştirakçıları mövzunun aktuallığı və vacibliyini qeyd edərək məmur-vətəndaş münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində addımların atılmasının mühümlüyünü qeyd ediblər.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *