21/06/2024

Vəli Əlibəyov: “Azərbaycan hərbi bloklara yox, ayrı-ayrı tərəfdaşlara arxalanmalıdır”

3 min read

http://www.gun.az/interview/2579

27 May 2011

Gün.Az-ın Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyovla müsahibəsi:

– Azərbaycanın Qoşulmama Hərəkatına qoşulmasını nə ilə izah edərdiniz?

– İnanmıram ki, elə vaxt yetişib ki, Azərbaycan bunu indi etməli idi. Hərə­katın özü heç də yaxşı günlərini yaşamır və dünya siyasətində elə də böyük əhəmiyyət kəsb etmir. Azərbaycanın bu hərəkata qoşulmasının ucadan bəyan edilməsinin böyük dividendlər gətirəcəyini düşünmürəm.

Eyni zamanda burada bizim kimi adi adamların bilmədiyi məqamlar ola bilər. Yəqin ki, Azərbaycanın bu hərəkata daxil olmasını şərtləndirən faktorlar var.

– Bəlkə bu, o deməkdir ki, biz NATO-ya daxil olmayacağıq?

– Azərbaycan NATO, hətta xüsusilə KTMT kimi hərbi bloklara da­xil olmayacağını həmişə bəyan edib. Buna görə də bunun bizə nə verə­cəyini demək hələ çətindir, real imtiyazları mən hələ ki görmürəm.

– Bəs Azərbaycanın yaxın gələcəkdə BMT-nin Təhlükəsizlik Şu­ra­sının qeyri-daimi üzvlüyünə seçilməklə bağlı müraciət etməsi məsə­ləsinə necə baxırsınız? Güman ki, neytrallıq haqqında ucadan veri­lən bəyanatlar bizim bu üzvlüyə seçilmək şanslarımızı artıra bilər­di.

– Burada mən heç bir bağlılıq görmürəm, bu məsələlər, fikrimcə, bir-biri ilə əlaqəli deyil. Artıq qeyd etdiyim kimi, Qoşulmama Hərəkatı elə də əhəmiyyətli gücə malik deyil ki, bu quruma daxil olmaq mühüm dividendlər gətirsin.

Həqiqətən bu addım bizim BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə ərizə vermək niyyətimizlə bağlı deyil.

– Ümumiyyətlə, Azərbaycan üçün NATO və yaxud digər bir hərbi bloka  daxil olmaq nə dərəcədə vacibdir?

– Məsələn, mən həmişə onun tərəfdarı olmuşam ki, Azərbaycan heç bir hərbi bloka qoşulmasın. Eyni zamanda biz başa düşürük ki, Azərbaycan kimi çox da böyük olmayan ölkələr müəyyən məsələlərin təkbaşına həllində açıq-aşkar çətinliklərlə üzləşirlər. Xüsusən, Azərbaycan Dağlıq Qarabağda münaqişə ilə üzləşir. Bu isə elə bir münaqişədir ki, buraya bir çox nəhəng dövlətlərin maraqları cəlb olunub. Bu baxımdan, Azərbaycanın sadəcə olaraq kiməsə, hansısa bir ölkəyə və yaxud hansısa bir qüvvəyə əsaslanması vacibdir. Eyni zamanda biz başa düşürük ki, NATO indiyədək Azərbaycanın probleminin həllində onu dəstəkləmək üçün hətta sözdə belə, heç nə etməyib. Həmçinin MDB. Bu təşkilatdan KTMT-dən olduğu kimi, dəstək gözləmək də bizə lazım deyil. Buna görə də Azərbaycanın hər hansı bir bloka qoşulması haqqında məsələ açıq olaraq qalır: biz hər hansı bir bloka qoşulmaqla qazanırıqmı və yaxud əksinə, heç kimə qoşulmayaq. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, ayrı-ayrı ölkələrlə ikitərəfli hərbi müqavilələr bağlanması, yeni hərbi müttəfiqlərin öyrənilməsi və tapılması Azərbaycan üçün daha uğurlu olardı. Yəni, bizim bütün işlərimizi hər hansı bir hərbi bloka qoşulmaq hesabına yox, ikitərəfli əsasda gerçəkləşdirməyimiz daha yaxşı olardı.

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir