21/04/2024

Qəbələdə PR təlimi keçirildi

2 min read

Siyasi Texnologiyalar Mərkəzi (STM) İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Regionlarda yerli hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələrinin səmərələşdirilməsi” layihəsi çərçivəsində təlimlərini davam etdirir.
Sentyabrın 5-də Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan təlimdə rayon icra hakimiyyəti və başqa yerli dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Təlimdə dövlət qurumlarının ictimaiyyətlə münasibətlərinin düzgün qurulmasının vacibliyi, onların sosial şəbəkələrdən istifadəsinin əhəmiyyəti və yolları, dövlət məmurlarının imic və nüfuzu, vətəndaşların məlumatlandırılması mexanizmləri, vətəndaş məmnunluğu və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Təlim iştirakçıları mövzunun aktuallığı və vacibliyini qeyd edərək məmur-vətəndaş münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində addımların atılmasının mühümlüyünü qeyd ediblər.

Qeyd edək ki, layihə çərçivəsində STM 12 rayon mərkəzində təlimlər keçirəcək. Bundan öncəki təlimlər Şamaxı, İsmayıllı və Ağsu da baş tutub.

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir