13/05/2024

Siyasi Texnologiyalar Mərkəzi regionları əhatə edən layihəni yekunlaşdırıb

2 min read

Siyasi Texnologiyalar Mərkəzi (STM) İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Regionlarda yerli hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələrinin səmərələşdirilməsi” layihəsini yekunlaşdırıb.

4 ay davam edən layihə çərçivəsində STM 12 rayon mərkəzində yerli hakimiyyət orqanlarının əməkdaşları üçün dövlət qurumlarında ictimaiyyətlə əlaqələr işinin təşkili, onun vacibliyi, dövlət – vətəndaş arasında uğurlu kommunikasiyanın mahiyyəti, alətləri və s. bu kimi məsələləri özündə əks etdirən təlim-seminar keçirilib. Təlim-seminar zamanı dinləyicilər nəzəri biliklərlə yanaşı, real keyslərlə də tanış olaraq, bu sahədə biliklərə yiyələniblər. Hər təlimdən sonra təlimə cəlb olunanların fikirləri öyrənilib, təlimin zəif və güclü tərəfləri barədə rəylər araşdırılıb. Seminar-təlim iştirakçıları tədbiri yüksək qiymətləndirərək belə təlimlərin daha çox keçirilməsinin dövlət-vətəndaş münasibətlərində müsbət rol oynayacağına əminliklərini bildiriblər. Təlimdə iştirak edən 351 dövlət orqan nümayəndələri əldə etdikləri biliklərdən gündəlik işlərində istifadə edəcəklərini vurğulayıblar.

Layihə çərçivəsində həmçinin “Regionlarda yerli hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələrinin səmərələşdirilməsi” mövzusunda metodiki vəsait nəşr olunaraq təlim iştirakçıları arasında paylanıb.

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir