21/04/2024

STM metodiki vəsait çap etdi

1 min read

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  2023-cü il kiçik qrant müsabiqəsinin qaliblərindən biri olan Siyasi Texnologiyalar Mərkəzi həyata keçirdiyi “Regionlarda yerli hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələrinin səmərələşdirilməsi” layihəsi çərçivəsində eyni adlı metodiki vəsait çap edib. Metodiki vəsaitdə “Dövlət orqanı – vətəndaş münasibətlərinin əsas sahələri”, “Səmərəli kommunikasiya və sosioloji sorğular”, “Dövlət orqanlarında kommunikasiya şöbəsinin optimal strukturu”, “Sosial şəbəkə profilləri”, “Məzmun və müntəzəmlik”, “İzləyici ilə əks əlaqə”, “Monitorinq və təhlil”, “Digər qurumlarla əməkdaşlıq”, “Böhranların idarə edilməsi”, “Performansın qiymətləndirilməsi”, “Dövlət qurumlarının imic və nüfuzu”, “Kommunikasiya strategiyası” kimi mövzular əhatə olunub. 350 nüsxə tirajla çap edilən metodiki vəsait təlim iştirakçıları arasında paylanılacaq.

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir