Siyasi Texnologiyalar Mərkəzi QHT Agentliyinin elan etdiyi 2023-cü il kiçik qrant müsabiqəsinin qaliblərindən biri oldu
1 min readAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il kiçik qrant müsabiqəsinin nəticələrini elan etdi. Qaliblər sırasında STM-də yer alıb.
Siyasi Texnologiyalar Mərkəzi həyata keçirəcəyi “Regionlarda yerli hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələrinin səmərələşdirilməsi” layihəsi ilə Azərbaycanın 12 rayon mərkəzində dövlət qurumlarının əməkdaşları üçün ictimaiyyətlə əlaqələrin qurulması, vətəndaş məmnunluğunun gözlənilməsi, səmərəli ünsiyyət alətləri və s. mövzuları əhatə edəcək təlimlər keçirəcək. Bundan başqa, STM bu mövzuda təlimat və buklet nəşr edəcək.