21/04/2024

Siyasi Texnologiyalar Mərkəzi kitab nəşr etdirdi

1 min read

Siyasi Texnologiyalar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Hamı işini görsün” (#hamıişinigörsün) layihəsi çərçivəsində “QHT-lərin KİV və sosial şəbəkələrdə işləmək bacarıqlarının artırılması” adlı kitab nəşr etdirib.

Kitabda QHT-lərin media ilə əlaqələri və sosial mediadan istifadə zamanı qarşılaşdıqları problemlərlə bağlı Mərkəzin həyata keçirdiyi araşdırmanın nəticələri, QHT-lərin kommunikasiya strategiyaları və kommunikasiya kanalları, hədəf kütlələrinin müəyyənləşdirilməsi metodları, sosial şəbəkələrdə səmərəli fəaliyyətin yolları və s. bu kimi məsələlər öz əksini tapıb.

Kitabın müəllifi, Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Paris) Ekspertlər Şurasının üzvü Vəli Əlibəyovdur.

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir