07/09/2024

P R E S S  –  R E L İ Z

2 min read

Bakı ş                                                                                                                                     29.10.2022

Azərbaycanda ictimai-siyasi tədqiqatlarla məşğul olan ilk QHT-lərdən biri kimi Siyasi Texnologiyalar Mərkəzi İctimai Birliyi (STM) mütəmadi olaraq müxtəlif səpkili tədqiqatlar həyata keçirir. Belə tədqiqatlardan birində ölkə QHT-lərinin əksəriyyətinin kommunikasiya fəaliyyətlərində sıxıntı yaşadıqlarının şahidi olduq. QHT-lər işləyir, müxtəlif layihələr həyata keçirir, lakin gördüyü işləri cəmiyyətə istədikləri kimi tanıda bilmirlər. Bunu nəzərə alaraq, STM Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə problemin həllinə öz töhfəsini vermək üçün layihə icra etdi.

Hər bir layihədə olduğu kimi, bu layihədə də araşdırma əsas və mühüm mərhələlərdən biri oldu. QHT-lərin media ilə əlaqələri və sosial mediadan istifadə zamanı qarşılaşdıqları problemlərin araşdırılması üçün bir neçə tədqiqat metodundan istifadə etmək qərarına gəldik. Layihə çərçivəsində QHT-lər və media mənsubları arasında sorğuların keçirilməsi, QHT-lərin son 3 il ərzində mətbuat və sosial media ilə münasibətlərinin monitorinqi, zəif və güclü tərəflərinin müəyyənləşdirilməsi, müşahidə və ekspertlərlə müsahibələr həyata keçirildi.

Nəticə

Araşdırmalarımızın yekununda əldə etdiyimiz bütün məlumatları təhlil edərək aşağıdakı nəticələrə gəldik:

  • QHT-lərin KİV-lə əlaqələri lazımi səviyyədə deyil;
  • QHT-lərin əksəriyyətinin KİV-lə əməkdaşlığı ödənişli əsaslarla həyata keçirilir;
  • QHT-lərin əksəriyyətinin KİV-lə əməkdaşlıq vərdişləri zəifdir;
  • QHT-lərin əksəriyyəti KİV üçün maraqlı və keyfiyyətli məzmun hazırlaya bilmir;
  • Onlar məlumatlarının yayılması üçün alternativ informasiya kanallarından istifadə etmir;
  • QHT-lərin əksəriyyətinin saytı yoxdur, saytı olanlarIn çoxu isə onu vaxtaşırı yeniləmir;
  • Əksər QHT-lər alternativ informasiya kanalları kimi istifadəsi mümkün Facebook, İnstaqram və başqa sosial şəbəkələrin imkanlarından ya  istifadə etmir, ya da tam istifadə edə bilmirlər;
  • QHT nümayəndələrinin əksəriyyətinin də etiraf etdiyi kimi, belə vəziyyətdə QHT-lərin fəaliyyətlərinin cəmiyyətə çatdırılması qənaətbəxş sayıla bilməz və s.

Əlavə məlumat üçün: +99450 614 6652, +99450 233 6682

Siyasi Texnologiyalar Mərkəzi İctimai Birliyi

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir