10/02/2026

STM-in ictimaiyyətlə əlaqələr layihəsi: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində seminar və fikir mübadiləsi

Siyasi Texnologiyalar Mərkəzi (STM) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant hesabına “İctimaiyyətlə əlaqələr işinin səmərələşdirilməsi” layihəsini həyata keçirir. Layihə çərçivəsində 11 mərkəzi icra hakimiyyəti orqanı və Nazirlər Kabinetinin ictimaiyyətlə əlaqələr fəaliyyətinin monitorinqi həyata keçirilib və hər birində monitorinqin nəticələrinə dair görüş və seminar-təlimlərin təşkil olunması nəzərdə tutulur. Siyasi Texnologiyalar Mərkəzinin növbəti görüşü Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində baş tutub. Görüş zamanı, Komitənin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyəti müzakirə olunub, Komitə və Komitə sədrinin media indeksi nəzərdən keçirilib. Həmçinin, Komitənin saytı, rəsmi sosial şəbəkə profillərinin göstəriciləri barədə fikir mübadiləsi aparılaraq Komitənin ictimaiyyətlə əlaqələr sahəsində işinin səmərələşdirilməsi üçün məsləhət və tövsiyələr səsləndirildi. Komitə və komitənin tabe qurumlarının ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşlarının iştirakı ilə keçirilən seminar-treninq maraqlı fikir mübadiləsi ilə yekunlaşdı.

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir