İstifadə qaydaları

1. Giriş

Bu istifadəçi razılaşması portaldan, orada nəzərdə tutulan xidmətlərdən, proqram təminatından və vasitələrdən istifadənin şərt və müddəalarını özündə əks etdirir. Portaldan istifadə etməklə Siz, Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən AR-in Konstitusiyasının, “Elektron Ticarət” və “Elektron Xidmətlər” haqqında Qanununun, Mülki Məcəllənin və digər aidiyyəti normativ-hüquqi aktların tələbləri daxilində tərtib olunmuş qaydaları və şərtləri qəbul etdiyinizi təsdiqləmiş olursunuz.

2. Portal haqqında

Portalın yaradılmasında başlıca məqsəd incəsənət sahəsində çalışan fiziki və hüquqi şəxslər öz məlumatlarını və xidmətləri haqqında məlumatlarını yerləşdirməklə ölkə daxili və beynəlxalq bazarlarda tanınmasını təmin etməkdir. Portal Azərbaycan Respublikası ümumi incəsənət məlumat bazası olmaqla bir dildə - Azərbaycan dilində fəaliyyət göstərir.

3. İstifadəçi razılaşması predmeti

Portal Sizə Azərbaycan Respublikasının "Elektron Ticarət" və "Elektron Xidmətlər" haqqında qanunvericiliyin tələbləri daxilində tərtib olunmuş İstifadəçi Razılaşması qaydalarına (şərtlərinə) uyğun olaraq öz xidmətlərini təklif edir. Nəzərinizə çatdırırıq ki, İstifadəçi Razılaşması qaydaları (şərtləri) Sizə əvvəlcədən xəbərdarlıq edilməklə dəyişdirilə bilər. Bu qaydalarla (şərtlərlə) razılaşmadığınız təqdirdə, portaldan istifadəni dayandıra bilərsiniz.

4. Qeydiyyatdan keçmiş istifadəçilərin öhdəlikləri

4.1 Portalda qadağan olunmuş hərəkətlər;
4.1.1 Səlahiyyət olmadan başqa şəxslərin və ya hər hansı şirkətin adından çıxış etmək və özünü nümayəndə kimi təqdim etmək;
4.1.2 Portalın normal fəaliyyətinə mane olmaq;
4.1.3 Xidmət və ya şəxsi məlumatlar yerləşdirərkən yalnış informasiya daxil etmək, başqalarına məxsus fotoşəkillər/videolar istifadə etmək;
4.1.4 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq əqd və ya müqaviləni bağlamaq üçün hüquq və fəaliyyət qabiliyyəti olmadan portalın xidmətlərindən istifadə etmək;
4.1.5 Yalançı, qeyri-dəqiq, aldadıcı, böhtan xarakterli məlumatlar yerləşdirmək;
4.1.6 Portalın əvvəlcədən verilmiş icazəsi olmadan portalın xidmətlərindən istifadə etmək üçün robotlardan, məlumat toplayan və çıxaran proqramlardan və digər avtomatlaşdırılmış proqramlardan istifadə etmək;
4.1.7 Portala məxsus olan və ya portal tərəfindən lisenziya əsasında istifadə edilən müəlliflik hüquqlarından, patentlərdən, məlumat bazalarından, proqramlaşdırma kodlarından və digər əqli mülkiyyət hüququ predmetlərini qeyri-qanuni şəkildə istifadə etmək;
4.1.8 Mövzudan kənar, üçüncü tərəfin müəllif hüquqularının və ya portaldan istifadə şərtlərinin pozmaq;
4.1.9 Portalın iş prinsipinə mane olacaq spam və ya virusların yayılması;
4.1.10 İstifadəçinin icazəsi olmadan həmin istifadəçinin elektron poçt və ya digər şəxsi məlumatların toplamaq və saxlamaq; 4.2 Əgər portal müstəsna olaraq öz mülahizəsinə əsasən istifadəçi tərəfindən portaldan sui-istifadə edilməsi qənaətinə gələrsə, istifadəçinin profaylını məhdudlaşdıra, müvəqqəti olaraq dayandıra və ya ləğv edə bilər, habelə istifadəçinin portalda yerləşdiridyi bütün növ məlumatları geri qaytarılmamaq şərtilə silə və istifadəçinin portaldan istifadə etməsinin qarşısını almaq üçün öz imkanları daxilində olan və qanunla yol verilən bütün vasitələrdən istifadə edə bilər.
4.3 Siz, təklif etdiyiniz şəxsi məlumatların və xidmətlərin təsvirinin dəqiqliyi və məzmununa görə məsuliyyət daşıyırsınız.

5. Xidmət haqqı

5.1 Portalda göstərilən xidmətlər pulludur.
5.2 Portal göstərilən xidmətlər üçün xidmət haqqı 30 (otuz) gün əvvəlcədən portalda məlumat yerləşdirməklə tətbiq edə bilər. Göstərilən xidmətlərin növü və ona müvafiq olaraq tutulan xidmət haqqı portal tərəfindən müəyyən edilir və portalın internet səhifəsini aidiyyəti hissəsində yerləşdirilmişdir.

6. Əlaqə vasitələrindən istifadə

6.1 Portal istifadəçilərinin portalda yerləşdirdikləri əlaqə vasitələrini kütləvi reklam məqsədilə istifadə etmək qadağandır.
6.2 Siz portalda öz əlaqə vasitələrinizi qeyd etməklə Sizə portalın işi ilə əlaqədar xidmət, təqdimat və ya digər məzmunlu məlumatların göndərilməsinə razılıq verirsiniz.
6.3 Həmçinin tərəfinizdən bizə təqdim olunmuş telefon nömrəsinə zəng edə və ya sms göndərə bilərik.