Pərviz Məmmədrzayev - Aktyor vizitkası / Mikayıl Müşfiq - "Bu görüş"



Pərviz Məmmədrzayev - Haqqında

ID: 000004
Şəhər: Bakı
Cinsi: kişi
Doğum ili: 1971
Yaş: 48
Boyu: 178 sm.
Çəki: 80 kq.
Geyim ölçüsü: L, XL
Ayaqqabı ölçüsü: 43
Bədən tipi: normal, atletik
Antropoloji görünüş tipi: Qafqaz
Göz rəngi: Qəhvəyi
Saç rəngi: qumral
Baş forması: Oval
Səs tonu: bariton




İdman növü: Üzgüçülük, Taekvondo, Qılıncoynatma
Xarici dillər: Türk dili, İngilis dili, Rus dili

Musiqi alətləri: Nağara, Zərb
Tel/Mob: +994506637090
E-poçt: Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.
Agent:
Pərviz Məmmədrzayev 13 fevral 1971-ci ildə anadan olub. 1994-cü ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr kollektivinin rejissoru fakültəsini bitirib. 1994-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışır. Pərviz Məmmədrzayev bu müddət ərzində S.Mrojekin "Karol xofu", Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?", B.Xanızadənin "Nağaraçılar", "Bayraqdarlar", "Şərqə səyahət", S.Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş.Əttarın "Uçuş", Üzeyir Hacıbəyovun "Dulusçu", Uilyam Şekspirin "Eşq" tamaşalarında uğurla çıxış edərək özünü peşəkar aktyor kimi təsdiq edib. Pərviz Məmmədrzayev 1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs alıb. 2010-cu ilin mart ayından müstəqil fəaliyyətə başlayaraq, "Simsar" teatr-studiyasını yaradır. Teatr-studiya "Vaqa" adli ilk tamaşasını 2011-ci il yanvarın 27-də göstərir. "Yaddaş", "Əli və Nino" və s. filmlərdə çəkilib.

Pərviz Məmmədrzayev - "OYUN" filmi





Pərviz Məmmədrzayev - Sosial şəbəkələrdə

parviz.mammadrzayev



Pərviz Məmmədrzayev - Filmoqrafiya, Teatr rolları, Digər rollar

Filmoqrafiya

2019 – "Qisas" (q/mеtr) (rej. Fərid Kərimli), 2-ci dərəcəli rol
2018 – "Qul" – Rüstəm (rej. Elvin Mirzəyev), baş rol
2015 – "Bir ovuc sonsuzluq" - Kamal (rej. Battal Kazi Karabulak), baş rol
2015 – "Əli və Nino" - Qoçu (rej. A.Kapadia), 2-ci dərəcəli rol
2014 – "Qırmızı bağ"- Montyor (rej. M.Səlimli), 2-ci dərəcəli rol
2013 – "Dünyanı xilas edən adam" – Cəfər müəllim (rej.V.Musafayev), 2-ci dərəcəli rol
2013 – "Dərvişin qeydləri" – Dərviş Abdulla (rej.E.Quliyev), baş rol
2012 – "Sübhün səfiri" – Xanbaba (rej.R.Həsənoğlu), 2-ci dərəcəli rol
2011 – "Qorxma mən səninləyəm-2" – qoçu Samir (rej.L.Qusman), 2-ci dərəcəli rol
2011 – "Ana" (q/metr) Əli (rej.R.Səmədov), baş rol
2010 – "Qala" (2-ci adı “Biz–Qalamızıq”) (q/metr) – Məmməd (rej. Z.Qaralov), baş rol
2010 – "Yaddaş" - Həsən (rej. Vahid Mustafayev), baş rol
2009 – "Bir addım" (q/metr) – Yusif (rej.F.Əhmədov və N.Bağırzadə), baş rol
2007 – "Düyün" (q/metr) – Əli (rej.Ə.Cabbarov), baş rol
2007 – "Bəylik dərsi" (teletamaşa) Yel Əhməd (rej. R.Həsənoğlu), baş rol
2006 – "Hökmdarın taleyi" – Fətəli şah (rej.R.Fətəliyev və Dilşad Fatxullin), 2-ci dərəcəli rol
2006 – "Qala" – Osman (rej.Ş.Nəcəfzadə), 2-ci dərəcəli rol
2005 – "Cavid ömrü" – Aktyor (rej.R.Həsənoğlu), 2-ci dərəcəli rol
2004 – "Yalan" – çavuş Mirzəyev (rej.R.Əzizbəyli), 2-ci dərəcəli rol
2003 – "Oyun" (teletamaşa) Seyid Hüseyn (rej. A. Zamanov), baş rol
2003 – "Arxada qalmış gələcək" – Albert (rej.R.Əsədov), 2–ci dərəcəli rol
2002 – "Dronqo" – Pərviz Acalov rolu (rej.Z.Royzman) (Rusiya) 2–ci dərəcəli rol
2000 – "Dirsə xan oğlu Buğac xan boyu" (teletamaşa) Buğac (rej. R. Həsənoğlu), baş rol
1998 – "Nigarançılıq" (teletamaşa) – nökər İsmixan (rej.R.Həsənoğlu), 2–ci dərəcəli rol


Teatr

Azərbaycan Dövlət Pantomim Teatrı
"Nağaraçılar" - Dikbaş şagird, Müəllim
"Kvaksafon" - Şikəst Qurbağa
"Şərqə səyahət" — Rəngsaz, 1-ci Samuray, Keşikçi
"Gəldim ki, olam ğəmin hərifi" — Məcnun
"Karol" — Nəvə
"Şəngül, Şüngül, Məngül" — Canavar
"Kimdir müqəssir" — Mahmud
"Uçuş" —1-ci Saliq
"Dulusçu" — Dulusçu
"Eşq" — Ulduz, Vərəq, Mürəkkəb damcısı
"Kölgə" — Heykəl
"Asılqan" — kloun Zır-Zır

Sərbəst fəaliyyət göstərdiyi dövrdə
"Pyerettanın örtüyü" — Naməlum, Arlekin (beynəlxalq proyekt-Rusiya-Gürcüstan-Azərbaycan)və s.
"Afinalı Timon" — Rəssam, Senator. ("Zəfər" teatrı)
"Simsar" - teatr studiyası
"Vaqa" — Marionet
"Şaşa-bulbul" — Şaşa(alov)
"Tanqo-detektivo" — Detektiv

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
"İlahi oyun" - ("Dədə Qorqud" dastanı əsasında) - Ozan - oğul
"Generalın son əmri" - Fərari

Azərbaycan Dövlət Musiqili Teatrı
"Nuri-didə Ceyhun" - Ceyhun Hacıbəyli

TV/Serial

2013 – "Aydın" (serial) – Cövdət (rej. H.E.Tokyay), baş rol
2011 – "Qaranlıqlar çıçəyi" (serial) – Hüseyn (rej. M.Ulukhan), 2-ci dərəcəli rol
2007 – "Rus tərcüməsi" (serial) Mayor Sadek (rej. A. Çernyayev), 2-ci dərəcəli rol (Rusiya)



Pərviz Məmmədrzayev - Təhsil

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı ş.), Teatr rejissoru. F. Naibovun kursu. 1994 – cü il





Pərviz Məmmədrzayev - Video albom

Pərviz Məmmədrzayev - "Psixiatr" - Qısametrajlı film / Short film

Pərviz Məmmədrzayev - "Düyün" - Qısametrajlı film

Pərviz Məmmədrzayev - "Dərvişin qeydləri" filmi

Pərviz Məmmədrzayev - "Bir addım" - Qısametrajlı film

Pərviz Məmmədrzayev - "İLAHİ OYUN" - Bir hissəli etno-müzikl

Pərviz Məmmədrzayev - "Qala" - Qısametrajlı film




Pərviz Məmmədrzayev - Media və xəbərlər




Pərviz Məmmədrzayev - Digər

S.Mrojek "Karol" — rejissor işi
"Bəylik dərsi" teletamaşasında rəqslərin quruluşu
V.Hüqo "Qvazimodo" qılınc döyüşü və rəqslərin quruluşu (Akademik Milli Dram teatrı)
M.F.Axundov "Müsyö Jordan və Dərviş Məstəli şah" rəqslərin quruluşu(Akademik Milli Dram teatrı)
T.Cücenoğlu "Uçqun" rəqs quruluşu (Akademik Milli Dram teatrı)
H.Cavid "Şeyda" rəqs quruluşu və plastik həll (Akademik Milli Dram teatrı)
"Onun ürəyi" (qısametrajlı, musiqili film-nağıl) döyüş-rəqsin quruluşu
"Vaqa" — rejissor işi ("Simsar" teatr studiyası)
"Şaşa-Bulbul" — rejissor işi ("Simsar" teatr studiyası)
"Tanqo-detektivo" — rejissor işi ("Simsar" teatr studiyası)
"Mənim" — rejissor işi ("Simsar" teatr studiyası)
"Tutuquşular" — rejissor işi ("Simsar" teatr studiyası)
"Xəsis musiqiçi" — rejissor işi ("Simsar" teatr studiyası)
"Üçüncü" (S.Mrojek "Karol" tragikomediyası əsasında) — rejissor işi ("Human" teatrı)
"Qara adam" (S.Yeseninin eyniadlı poeması əsasında) — rejissor işi ("Human" teatrı)
"Pəncərədə meyit" (R.Kuni "Kişi, qadın, pəncərə və meyit" komedyiasi) — rejissor işi (ADMİU)
"Qar kraliçası" musiqili tamaşası ("Qar kraliçası" nağılının motivləri əsasında—rejissor işi) (ADMİU)
"Novruz və Bahar dastanı" müzikli - (libretttonun müəllifi, rejissor və xoreoqraf) ("Human" teatrı)

Mükafatlar

16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti
1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür