Dəniz Tacəddin - Aktyor vizitkası



Dəniz Tacəddin - Haqqında

ID: 000002
Şəhər: Bakı
Cinsi: qadın
Doğum ili: 1994
Yaş: 25
Boyu: 165 sm.
Çəki: 53 kq.
Geyim ölçüsü: S
Ayaqqabı ölçüsü: 38
Bədən tipi: incə, normal
Antropoloji görünüş tipi: Qafqaz, Aralıq deniz hovzesi, Yunan
Göz rəngi: Qara
Saç rəngi: qara
Baş forması: Oval
Səs tonu: soprano
Büst: 91 sm.
Bel: 70 sm.
Çanaq: 93 sm.

İdman növü: Gimnastika
Xarici dillər: Türk dili, İngilis dili, Rus dili
Bacarıq və qabiliyyətlər: At sürmə
Musiqi alətləri: Skripka, Fortepiano
Tel/Mob: +994707120021
E-poçt: Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.
Agent: Səbuhi Məmmədov
Dəniz Tacəddin 1994-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Uşaqlıqdan anam məni hər zaman balet, rəssamlıq, moda, rəqs və sairə kimi uşaq dərnəklərinə apararaq sosiallaşdırmış, bunu da mənim həyat kredoma çevirmişdir. Mən 5 yaşımdan professional musiqi ilə məşqul olmağa başlamişam.
Kino karyeramda debut olaraq, 12 yaşımda Cavid Ömrü bədii filmində Hüseyn Cavidin qizı Turan xanımın obrazını oynamaq mənə nəsib olub. Daha sonra müxtəlif televiziya filmləri, klip və reklam çarxlari kimi layihələrdə iştirak etmişəm. 2013-cü ildən etibarən Azərbaycanda ilk aktyor agentliyi olan "Actors Agency" ilə əməkdaşlığa, eyni zamanda professional olaraq aktyorluqla məşğul olmağa başlamışam. Müxtəlif layihələrdə özümü sınamışam. Bu seriallar, bədii filmlər, eynilə də teatral layihələr olub. Son ishitrak etdiyim layihələrimdən biri Rusiya istehsalı olan bədii film "Kuxnya. Poslednyaya bitva" olub. Hansının ki, premyerası Rusiyadan əlavə bir çox fərqli Avropa ölkələrində nümayiş olunub. 2018-ci ildə isə Amerikanin Nyu-York şəhərində, hər il keçirilən "Bronx World Cinema" festivalına 2015-ci ildə Debut kinostudiyasında baş rolda cekildiyim "Eliza" Bədii qisa filmim dəvət aldı. Sevindirici haldır ki, həm rejissor (Məzahir Haşımov) həm də aktyor işi jurilər tərəfindən qiymətləndirilmişdir.

Dəniz Tacəddin - Şouril / Showreel





Dəniz Tacəddin - Sosial şəbəkələrdə

deniz.taceddin | deniztajeddin | nm3107586 | Deniz Tajeddin



Dəniz Tacəddin - Filmoqrafiya, Teatr rolları, Digər rollar

Filmoqrafiya

2019 Sizə məktub var, rej. Məzahir Həşimov, Azərbaycanfilm Kinostudiyası, baş rol- Səidə
2017 Mətbəx. Sonuncu döyüş (Кухня.Последняя битва), rej. Anton Fedotov, Avrora production (Rusiya), rol- Roza
2016 Əli və Nino,b/film rej. Asif Kapadia, PeaPie Films (İngiltərə), rol- Eka
2015 Skripkaçı, q/metr , rej. GündüzƏliyev, Debüt Film – Azərbaycanfilm, baş rol- Dəniz
2015 Eliza, q/metr, rej.Məzahir Həşimov, Debüt Film – Azərbaycanfilm, baş rol- Eliza
2007 Biz qayıdacağıq, b/film rej. Elxan Qasımov, qiz-epizodik rol
2007 Cavid ömrü, b/film, rej.Ramiz Həsənoğlu, Turan Cavid-rol
2006 Məkanın melodiyası, b/film, rej.Hüseyn Mehdiyev, qiz-epizodik rol

Teatr

2019 2 amerikano və çizkeyk, rej. Tərlan Rəsulov.
2018-2019 Limbo, rej. Tərlan Rəsulov
2018 Şağ, rej. Tərlan Rəsulov
2017 ERROR- 4 ölçülü xeyali-gercək oyun, Actors Agency Co, Swiss Cooperation Office South Caucasus, prodüser Səbuhi Məmmədov,rej.Tərlan Rəsulov, aparıcı rol
2016 Broadway Show, Broadway bound & Company E(ABŞ, Washington), Pol Emerson, Solist\Skripkaçı
2016 İnsan Səsi, rej.Sara Kərim, Azərbaycan Dövlət Musiqili Teatrı, qadın- baş rol

TV/Serial

2018/2019 O gecə, rej. Şahin Qəhrəman, Oskar Prodakşn, baş rol - Bahar
2014/2013 Sənə inanıram, rej. S. Qəhrəman, Media Master Production, baş rol - Səbinə
2014/2013 Toy gecəsi, rej. Yaşar Əhməd, Oskar Prodakşn, baş rol - Səbinə Qafarova
2013 Восток для Чайников, rej. S. Rubençik, Sputnik Vostok (Rusiya), rol-Aynur
2011 Mürafiə Vəkillərinin hekayəti, tv film, rej.Ramiz Həsənoğlu, Azərbaycan Dövlət Televiziyası, rol-Səkinə

Reklamlar

Yeni həyat Yaşayış Kompleksi
Kristal Plaza
Asan imza
Milli Azarkeşlər- Təqvim, Bakcell Mobil Şəbəkəsi
Amira və Riço
La Fuar Almaniyanın Aksessuar Brendi, Rəsmi sima


Dəniz Tacəddin - Təhsil

- Polygon – Aktyor kursları
- Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası, İnstrumental İfaşəçılıq Fakültəsi, Skripka. Professor Töhfə Babayevanın sinfi. Buraxılış- 2015
- Teatr Studiya – rej. Əsgər Əsgərovun kursu
- Proqressiv Psixologiya Mərkəzi - 1) ÜmumiPsixologiya, 2) AiləPsixologiyasI, 3) UşaqPsixologiyası, 4) NevroLinqvistikPsixologiya(NLP). Murad İsayevin 1 illik kursları.
- Aktyor kursları- rej. Hüseyn Mehdiyevin kursu




Dəniz Tacəddin - Video albom

O Gecə - 11-ci bölüm - Bahar Samir Arzu

Dəniz Tacəddin Showreel

Dəniz Tacəddin - Jean Cocteau - The Human Voice Finale

O Gecə - 9-cu bölüm - Bahar Murad







Dəniz Tacəddin - Digər

Mükafatları

2013 Azərbaycan, Bakı. "Mənim peşəm" Festivalı, aktrisa, skripkaçı. Diplom
1999 Azərbaycan, Bakı. Çiçəyim uşaq teatrında aktrisa fəaliyyətinə görə. Diplom

Digər Beynəlxalq Təcrübələri

2016 "dOM" Əlillər üçün "İcmaTeatrı". Aktyor/trener, Azərbaycan
2016 MusiqiFestivalı "EquAllizer". Gürcüstan. (Erasmus+), Türkiyə
2016 Gender bərabərliyi vasitəsilə Mədəniyyətlər arası Dialoq (Erasmus+),Gürcüstan